Xəbər lenti

COVİD-19-la bağlı şad xəbər: il sonuna qədər...
Dünya05:00 14.06.2020

COVİD-19-la bağlı şad xəbər: il sonuna qədər...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropanın 4 ölkəsi İtaliya, Almaniya, Fransa və Niderland Kovid-19 peyvəndinin hazırlanması üçün ittifaq yaradıb. Bu ilin sonuna qədər Avropa ölkələrinin 400 milyon doz peyvəndlə təmin edilməsi üçün Astrazeneka firması ilə saziş bağlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Sperenza sosial şəbəkə hesabında məlumat verib. O, sözügedən peyvəndin Oksfordda hazırlandığını, lakin inkişaf etdirilməsi və istehsalına italyan firmalarının töhfəsi olacağını bildirib. Sınaqların payıza qədər başa çatdırılıb, il sonuna qədər paylanması nəzərdə tutulur.
"Bugünkü imza İtaliya və Avropa üçün ümidverici bir addımdır. Peyvənd Kovid-19 üçün yeganə tam həll yoludur. Mən bunu hər zaman qlobal məhsul kimi qəbul edəcəyəm. Bu, hər kəsin haqqıdır. Bir neçə adam üçün xüsusi olaraq hazırlanmayıb", - deyə Sperenza qeyd edib.
Camal