Xəbər lenti

Köpək balığı ilə boks
Dünya04:43 23.10.2013

Köpək balığı ilə boks

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sörflə məşğul olan kişi boks hərəkətləri sayəsində özünü və dostlarını xilas edə bilib

Havay ştatının sahillərində sörflə məşğul olan Cef Xortan köpək balığına yem olmaqdan son anda xilas olub. ANS PRESS-in Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, Cef özünü və dostlarını xilas etmək üçün boksdan istifadə edib.

Belə ki, heyvan okean sularında sörflə məşğul olan gəncə və dostlarına hücum edib.
“Mən sakit lövhənin üzərində uzanıb iri dalğanın gəlməyini gözləyirdim və birdən mənə yaxınlaşan köpək balığının üzgəcini gördüm. Mən özümü topladım və onun quyruq üzgəcindən yapışdım. Digər əlimlə isə var gücümlə ona vurmağa başladım. Bəxtim gətirdi ki, zərbələrdən biri onun gözünə dəydi. Köpək balığı ağzını açana kimi mən tez dalğanı tutdum və sahilə çıxdım”.


Qaynar.info