
Bir qrup gənc əyləncə məqsədi ilə köpək balığını qayığın arxasına bağlayaraq sürüyüb, sonra da öldürüblər.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. Gənclərdən birinin MTV kanalının əməkdaşı olduğu bildirilib. Buna görə, kanal yeni şousu olan "Siesta Key"in premyerası ilə bağlı keçirəcəyi partini ləğv etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, gənclər barəsində heç bir cinayət işi açılmayıb, lakin Florida Balıq və Vəhşi Təbiəti Qorunma Təşkilatı sözügedən hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qaynarinfo.Az


