Xəbər lenti

Kral ailəsinin milyonlarla avroluq zinət əşyaları oğurlandı (FOTOLAR)
Dünya09:16 04.01.2018

Kral ailəsinin milyonlarla avroluq zinət əşyaları oğurlandı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətər kral ailəsinə məxsus milyonlarla avro dəyərində zinət əşyaları oğurlanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən zinət əşyaları İtaliyanın Venesiya şəhərində sərgidə nümayiş etdirilərkən oğurlanıb. Venesiya polis şöbəsinin rəhbəri Vito Qaqaliardi mətbuata açıqlamasında oğurluq faktını təsdiqləyib:
"Babur və Mehracilərin xəzinəsi" adlı sərginin nümayişi zamanı Əl-Tani ailəsinə məxsus kolleksiyadan bir ədəd broş və bir cüt sırğa oğurlanıb. Hadisədən sonra siqnalizasiya işə düşsə də, oğrular qaçıb və onları tutmaq mümkün olmayıb. Oğurlanan əşyalar bənzərsiz olduğundan onları satışa çıxarmaq demək olar ki, mümkün deyil", - deyə o, bildirib.
Məlumata görə, qızıl, platin və almasdan hazırlanan zinət əşyaları milyonlarla avro dəyərindədir.