Uqandada yerləşən Viktoriya gölündə sərnişin gəmisi qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, pis hava şəraiti səbəbilə baş verən qəzada 29 nəfər ölüb, 21 nəfər itkin düşüb. Gəmidə ümumilikdə 100-ə yaxın insan olub. Qəzadan xilas edilənlər arasında Uqanda Kralının qardaşı Şahzadə Daudi Kintu Vasajja, bacısı Kabaka Ronald Mutebi və müğənni İrin Namubiru da var. Həmin şəxslərin qurtarıldığı bildirilir.
Gülşən