Xəbər lenti

Kraliçanın əsgərlərə göndərdiyi şokolad qutusu 118 il sonra tapıldı
Dünya10:17 09.07.2018

Kraliçanın əsgərlərə göndərdiyi şokolad qutusu 118 il sonra tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin kraliçalarından olmuş Viktoriyanın Cənubi Afrika Müharibəsi zamanı əsgərlərə göndərdiyi şokolad qutusu 118 il sonra tapılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 1899-cu ildə əsgərləri psixoloji dəstək məqsədilə şokolad göndərmək istəyən kraliça "Cadbury", "Fry", "Rowntree" şirkətlərinə müraciət edib. Müharibə əleyhdarları olan bu şirkətlər kraliçaya qarşı çıxan və müharibədən pul qazanan tərəf olmaq istəmədikləri üçün pul almadan əsgərlərə şokolad göndərməyə razılıq veriblər. Tənəkə qutulara yığılan şokoladlarda heç bir şirkətin adı qeyd edilməyib. Tapılan qutu növbəti günlərdə satışa çıxarılacaq.
Ötən ay I Dünya Müharibəsində hədiyyə edilən bir qutu şokolad auksiona çıxarılmışdı.
Gülşən