
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun böyük qardaşı Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud vəfat edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kralın qardaşı 86 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Əbdürrəhman ibn Əbdüləziz Əl-Saud keçmiş kral Abdullah bin Əbdüləziz əl-Səudun 7 oğlundan biridir.
O, 1983-2011-ci illərdə Səudiyyə Ərəbistanında müdafiə və aviasiya nazirinin müavini olub.
Qaynarinfo