
Çinin Vuhan bölgəsində yaşayan qadın kredit borclarını ödəməmək üçün estetik əməliyyat etdirib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Zu Naxuan adlı 59 yaşlı qadın 3.71 milyon dollar kredit borcu olduğu üçün estetik əməliyyat keçirərək üzünü dəyişdirib.
Şenzi şəhərində həbs edilən qadını görən polislər böyük şok yaşayıblar. 59 yaşı olmasına baxmayaraq 30 yaşlarında görünən qadının əvvəlki vəziyyətindən tamamilə fərqli olduğu bildirilir. Qadın axırıncı dəfə kredit kartlarından əməliyyat etdirmək üçün istifadə edib və sonra yoxa çıxıb. Başqa insanların şəxsiyyət vəsiqələrindən istifadə edərək ölkə ərazisində səyahət edən Zu Naxuanın günahkar hesab edildiyi məhkəmə prosesi ölkədə problemli kreditlər məsələsini gündəmə gətirib.
Gülşən
Qaynarinfo.Az