Xəbər lenti

Kreml diplomatı “qara siyahı”dan çıxardı
Dünya18:21 09.10.2021

Kreml diplomatı “qara siyahı”dan çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvaya gözlənilən səfərini təsdiqləyib.
Qaynarinfo Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, amerikalı diplomat Vaşinqtonun istəyinə uyğun olaraq 11-13 oktyabr tarixlərində Rusiya Xarici İşlər Nazirliyində danışıqlar aparacaq və bu qurumun rəsmiləri ilə görüşəcək.
Viktoriya Nuland 2019 -cu ildən etibarən Moskvanın "qara siyahı”sında idi. Ona Rusiya ərazisinə giriş qadağan edilmişdi.