Beynəlxalq ictimaiyyət Donbasda hansı müharibənin getdiyini və kimin günahkar olduğunu aydın başa düşür. Bununla belə, Qərbin davranışı "Moskvaya özünün qızışdırdığı münaqişəyə görə məsuliyyətdən yayınmağa imkan verir”.
Qaynarinfo xəbər verir ki, bu sözlər "The Hill”in eksperti Duq Klyaynın məqaləsində yer alır.
Klyayn iddia edir ki, Kreml bir neçə ildir, ABŞ və onun tərəfdaşlarına qarşı seçkilərə müdaxilə, Qərbdə yaşayan dissidentlərin öldürülməsi, separatçı hərəkatların alovlanması, Avropada son enerji böhranı kimi üsullardan istifadə etməklə hibrid müharibə aparır. Bu kampaniyanın mərkəzində Ukraynaya qarşı müharibə dayanır, - Klyayn əlavə edir.
Onun sözlərinə görə, Donbasda rusiyayönlü tərəf Ukrayna tərəfinə nisbətən iki dəfə çox zərbə endirir. Belə ki, sentyabrda silahlı birləşmələr 207 dəfə hücuma keçib, Ukrayna Silahlı Qüvvələri isə 107 dəfə cavab atəşi açıb. Ukrayna hərbçiləri çox vaxt böyük qruplar halında toplaşmaqdan qorxurlar, çünki: "Rusiya öz pilotsuz təyyarələrindən onlara zərbə endirə bilər”, - ekspert əlavə edir.
Onun fikrincə, indiyədək Donbasda istənilən atəşkəs və atəşkəs razılaşmaları çox tez pozulur. Klyayn əmindir ki, "Kreml münaqişənin alovunu xüsusi olaraq dəstəkləyir, Donbasdakı yaraqlılara komandanlıq etmək üçün zabitlər göndərir, təchizatı təmin edir və maliyyələşdirir, həmçinin bu müharibədən döyüş təcrübəsi məktəbi kimi istifadə edir – xüsusən də snayperlər üçün”. Və nə qədər ki, münaqişə davam edəcək, Ukraynanın NATO-ya daxil olmasına və Avropanın qalan hissəsi ilə yaxınlaşmasına icazə verilməyəcək. Münaqişə sayəsində Rusiya Federasiyası yaxın xaricin Rusiyanın təsir dairəsi olduğunu iddia edə bilər.
Klyayn yazır ki: "Ukrayna cəbhə xəttindən olan faktlar və sənədlər Moskvanın birtərəfli qaydada Kiyevə qarşı təcavüz etdiyini inandırıcı şəkildə göstərir”. Bu şəraitdə Ukraynanın xarici tərəfdaşların dəstəyinə ehtiyacı var, Qərb isə susur. İnsanda belə bir hiss yaranır ki, Paris hələ də Moskva ilə dostluğa ümid edir və Berlin Rusiyanın "Şimal axını 2” boru kəmərinin onu nə ilə üzləşdirəcəyini anlamağa başlayır”, - deyə ekspert yekunlaşdırır.
Alpər