Kreml "Böyük Vətən Müharibəsi" adlanan miflərdən istifadə edərək, Ukraynanın genişmiqyaslı işğalı ilə xəyali paralellər aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında qeyd edilir.
Bildirilir ki, Kremlin rusları uzunmüddətli müharibəyə hazırlamaq üçün "Böyük Vətən Müharibəsi” adlanan (İkinci Dünya Müharibəsi-red.) miflərdən istifadə etmək cəhdi Rusiyadakı hazırkı səfərbərlik səviyyəsinə və Vladimir Putinin rusları müharibənin uzunmüddətli daxili nəticələrinin olmayacağına inandırmaq cəhdlərinə ziddir.
Xüsusilə, Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov "Fontanka"ya verdiyi yeni müsahibəsində "1944-1945-ci illərin qələbə illərində" də sovet qoşunlarının çətinliklərlə üzləşdiyini söyləyib. Siyasətçi həmçinin Sovet İttifaqının nasist Almaniyasına qarşı mübarizəsi ilə Rusiyanın Ukraynaya əsassız müdaxiləsi arasındakı yanlış bənzətməni genişləndirməyə çalışaraq, Rusiyanın indi, obrazlı desək, haradasa 1943-cü ilin dekabrında olduğunu və 1944-cü ilə keçdiyini iddia edib (yəni müharibənin başa çatma mərhələsinə-red.).
Analitiklər xatırladırlar ki, sovet ordusu 1943-cü ilin iyulunda Kursk döyüşündə müdafiə qələbəsi qazandıqdan sonra bir sıra uğurlu hücum əməliyyatlarına başlamış və 1943-cü ilin dekabrına qədər Ukraynanın Dnepr və Kiyev sahillərinə çatmışdı. Kartapolov iddia edir ki, Ukrayna qoşunları 2023-cü ilin yayında faşist Almaniyasının 1943-cü ildə döyüşlərdə itki verdiyi kimi Zaporojye vilayətində əks-hücumda uğursuzluğa düçar olub.
Analitiklərin fikrincə, Kartapolovun bənzətməsi xüsusilə rus qoşunlarının son aylarda az irəliləyiş əldə etdiyini nəzərə alsaq, heç bir məna kəsb etmir. Bununla belə, jurnalsit Rusiyanın Ukraynadakı müharibəsinin siyasətçinin məntiqi ilə İkinci Dünya Müharibəsi kimi 2024-cü ildə sona çata biləcəyini soruşub və Kartapolov hərfi müqayisələrin uyğun olmadığını etiraf etmək məcburiyyətində qalıb.
Eyni zamanda, Kreml siyasətçisi davam edib ki, işğalçılar "Reyxstaqın üzərində bayraq” sancmayana qədər Ukraynada müharibəni davam etdirəcəklər.
Analitiklər qeyd ediblər ki, Kremlin İkinci Dünya Müharibəsinə daimi istinadları qismən də Qırmızı Ordunun guya Nasist Almaniyasına etdiyi kimi, bugünkü Rusiyanın böyük sayda canlı qüvvə və texnikaya arxalanaraq düşmənlərini süpürə biləcəyi barədə tamamilə yanlış təsəvvür yaratmaq məqsədi daşıyır.
Alpər