Xəbər lenti

Kreml Paşinyanı niyə "bəlaların xəbərçisi" adlandırdı? (ŞƏRH)
Dünya09:46 25.10.2023

Kreml Paşinyanı niyə "bəlaların xəbərçisi" adlandırdı? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Moskva Ermənistanda Rusiyaya qarşı oynanılan oyuna heç bir halda göz yummayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Ermənistanla Rusiya arasında gərginliyin pik nöqtəyə çatması fonunda prosesin hansı sonluqla bitəcəyini şərh edərkən deyib.
Politoloq bildirib ki, Paşinyanın dövründə Sorosçuların Ermənistanda iqtidar kürsüsünü ələ alması, İrəvan-Moskva arasındakı münasibətlərin daha da dalana dirənməsinə səbəb olub:
"Bu gün açıq şəkildə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir. Eyni formatda Rusiya da Ermənistanın bu ritorikasına qarşı kifayət qədər kəskin mövqelər nümayiş etdirir".
Həmsöhbətimizə görə, iki ölkə arasında münasibətlər artıq nifrət müstəvisinə keçib: 
"Əlbəttə ki, dünən Rusiya dövlət kanalında göstərilən reportajda Ermənistan siyasi rəhbərliyinin açıq şəkildə aşağılanması və təhqir edilməsi Rusiya-Ermənistan arasındakı siyasi münasibətlərin təkcə pisləşmədiyini, həm də artıq nifrət müstəvisinə qədəm basdığını göstərir. Bu, Rusiyanın Ermənistana təzyiqlərinə səbəb olacaq. Artıq Rusiyaya ilkin addım ataraq Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmaq problemini ortaya atır. Növbəti addım kimi iqtisadi baxımdan Rusiyanın Ermənistana ciddi təzyiqlər göstərəcəyini düşünürəm. Çünki Rusiya yaxşı başa düşür ki, bu gün Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır. Rusiyanın siyasi-hərbi rəhbərliyi Moskvaya qarşı Ermənistan ərazisində oynanılan çirkin oyuna qətiyyən göz yummayacaq". 
Qeyd edək ki, İrəvanla Moskva arasındakı münasibətlər kritik həddə qədər yüksəlməkdədir. Ermənistan XİN-i dünən Rusiyanın ölkədəki səfirini çağıraraq, ona "Birinci kanal”da gedən verilişə görə etiraz etməklə nota təqdim edib. Ermənistan XİN-in nota təqdimatına səbəb Rusiyanın sözügedən kanalında "Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı verilişdir. Həmin verilişdə Ermənistan sərhədlərinin  rus sərhədçiləri tərəfindən müdafiə olunduğu xatırladılıb və Paşinyanın ünvanına ağır ifadələr işlədilib. 
Rüfət Sultan