Xəbər lenti

Kremldən Putinin istefa xəbərinə reaksiya
Dünya13:39 06.11.2020

Kremldən Putinin istefa xəbərinə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov səhhətindəki problemlər səbəbiylə Rusiya liderinin istefası ilə əlaqədar cümə günü İngilis tabloidi "The Sun”un yaydığı açıqlamanı təkzib edib.

Qaynarinfoxəbər verir ki, Peskov Vladimir Putinin nə səhhətində problemin, nə də belə bir planının olmadığını bildirib.

"Xeyr" - dövlət başçısının sözçüsü, prezidentin istefa verib-verməyəcəyinə dair sualı cavablandırarkən deyib. "Prezidentin sağlamlığı əladır", - Peskov deyib.

Ümumiyyətlə, İngilis nəşrinin xəbərindən danışan Peskov "burada şərh etmək üçün xüsusi bir şey olmadığını" söyləyib: "Bu, tamamilə cəfəngiyatdır. Prezident sağlamlığıyla bağlı hər şey qaydasındadır".

Alpər