Ötən həftə Rusiya prezidenti Vladimir Putin hökumətə gizli fərman göndərərək, ona Qərbin aktivlərinin milliləşdirilməsinə icazə verən qanun hazırlamağı tapşırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə və sənədin mətninə istinadən
yazır.
Nəşr qeyd edir ki, qanun Rusiya dövlətinin satış məqsədilə istənilən Qərb aktivlərini "əhəmiyyətli endirimlə" almaq üçün prioritet hüquq əldə etməsini təmin etməlidir. Yeni qanuna görə, Rusiya Federasiyasında Qərb aktivlərini alan hüquqi şəxslər tam olaraq Rusiyaya məxsus olmalıdır (onların bütün xarici investorların xaric edilməsi prosesində olmasına icazə verilir). Belə bir sərəncam Qərb bizneslərinin ölkəni tərk etməsini daha da çətinləşdirəcək.
İnsayderlərin fikrincə, Rusiya bu yolla aktivlərini ələ keçirmiş Qərb ölkələri cəzalandıracaq, Kremlin qaydaları ilə oynayanlar isə mükafatlandırılacaq.
Qərb iş adamları əmindirlər ki, "milliləşmə qaçılmazdır və bu, yalnız zaman məsələsidir”. Tezliklə Rusiya bazarını tərk etmək üzrə olan iş adamlarından biri əmindir ki, milliləşdirmə ən çox xammal biznesinə, ən az isə texnologiya şirkətlərinə zərər verəcək.
"Adətən dövlət investorların getməsini istəmir. Amma onlar (ruslar-red.) yaxşı davranışı təşviq etmək istəyirlər", deyə Moskvada işləyən qərbli iş adamlarından biri deyib.
FT mənbələri bildirirlər ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina və maliyyə naziri Anton Siluanov Qərb korporasiyalarının ölkədən çıxışına qoyulan məhdudiyyətlərin fəal tərəfdarlarıdır. Xarici kapitalın xaricə axını səbəbindən rubl zəifləyə bilər. Nazir bunu müharibə şəraitində kəsiri 42 milyard dollara çatan büdcə gəlirlərini artırmaq üçün bir yol kimi görür.
Aydın