Xəbər lenti

Kreml Rusiyanın qonşu ölkələrə ərazi iddiaları ilə bağlı suala cavab verdi
Dünya13:18 22.06.2020

Kreml Rusiyanın qonşu ölkələrə ərazi iddiaları ilə bağlı suala cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur. 
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bu sözlərlə jurnalistlərin sualını cavablandırıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Sovet respublikalarının SSRİ-dən çıxması barədə danışıb. "Rusiya 1” televiziya kanalının efirində o qeyd edib ki, Sovet İttifaqı yarananda respublikaların ittifaqdan çıxmaq hüququ təsbit olunub. Ancaq prosedur tənzimlənməyib.
Onun sözlərinə görə, "bu və ya digər respublika Sovet İttifaqının tərkibinə daxil olanda öz baqajına xeyli Rusiya torpaqlarını almışdı", sonra qəflətən SSRİ-ni tərk etmək qərarına gələndə elə etmək lazım idi ki, "gələnə qədərki torpaqlarıyla” da ittifaqdan çıxsın.
 
Alpər