Xəbər lenti

Kreml Tel-Əvivlə barışa bilmir: Rusiyanın S-300-ləri İsrail qırıcılarına atəş açdı
Dünya 15:35 27.07.2022

Kreml Tel-Əvivlə barışa bilmir: Rusiyanın S-300-ləri İsrail qırıcılarına atəş açdı

İsrailin Müdafiə naziri Benni Qantz çərşənbə axşamı təsdiqləyib ki, Rusiya qüvvələri may ayında İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbindəki hədəflərə hücumu zamanı S-300 zenit-raket komplekslərindən istifadə etməklə İsrail təyyarələrini atəşə tutub.

Qaynarinfo "Timesofisrael" saytına istinadən xəbər verir, hadisə haqqında ilk dəfə mayın 13-də IAF Suriyanın şimal-qərbindəki Masyaf şəhəri yaxınlığında bir neçə hədəfi bombaladıqdan bir həftə sonra Kanal 13 məlumat yayıb.

Beni Qantz S300 hava atəşinin yanlış getdiyini və bunun "həyatda bir dəfə baş verən” hadisə olduğunu bildirib.

 O bildirib ki, qırıcılar və pilotlar xəsarət almasa da, IDF hadisəni araşdırır.

Xəbərə görə, əvvəlcə Suriyanın hava hücumundan müdafiəsi İsrail qırıcılarının uzaqlaşmasına səbəb olub, daha sonra isə Rusiyanın S-300 sistemi raket zərbələri endirib.

Vurğulanır ki, Rusiya Suriya ordusuna dörd S-300 verib, İsrail hərbi müxbirlərinin məlumatına görə, İsrailin Suriyaya hücumları zamanı rus zabitləri onlardan istifadə edib-etməmək barədə qərar verirlər.

Qeyd edilir ki, S-300-lərin İsrail qırıcılarına atəş açması İsrail rəsmilərinin Rusiyaya qarşı Ukraynaya dəstək vermə zərurəti ilə bağlı bəyanatlarından və Rusiyanın bundan qəzəblənməsindən sonra Beni Qantz tərəfindən təsdiqlənib. Həmçinin bütün Rusiya üzrə "Yəhudi Agentliyi”nin ofislərini bağlamaq niyyəti iki ölkənin keçmişdə yaxşı olan  munasibətlərindən günü-gündən daha da uzaqlaşdırır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->