Xəbər lenti

Kreml Ukraynadakı qoşunlarının komandanlığını dəyişib - BBC
Dünya06:05 09.04.2022

Kreml Ukraynadakı qoşunlarının komandanlığını dəyişib - BBC

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynadakı qoşunlarının komandanlığını yenidən təşkil edib. Hazırda ona Suriyada döyüşmüş general Aleksandr Dvornikov rəhbərlik edir. O, koordinasiyanın təkmilləşdirilməsinə cavabdehdir.

Bu barədə Qaynarinfo BBC News-a istinadla məlumat verir.

Məlumatda deyilir: "Rusiya hazırda Ukraynadakı qüvvələrinin komandanlığını yenidən təşkil edib, indi isə Suriyada böyük təcrübəyə malik general komandanlıq edir”.

Qeyd olunur ki, Ukraynanın işğalından sonra işğalçılar arasında "pis koordinasiya” olub və Dvornikov "koordinasiyanın yaxşılaşdırılmasına” cavabdeh olacaq.

Aydın
Qaynarinfo