"Putin bununla Zalujnıyı qəbul etdikləri mesajnı verir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiya prezidenti Vladimir Putinin Volodimir Zelenskinin reytinqinin Ukrayna ordusunun sabiq baş komandanı Valeri Zalujnının reytinqəndən iki dəfə aşağı olduğu barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib:
"Əslində Valeri Zalujnı Zelenskidən sonra seçki nəticəsində Ukraynanın növbəti prezidenti ola bilər. Bu gün Ukraynada hərbçilərin nüfuzu yüksəkdir. Zalujnıy da onlar arasında ən yüksək reytinqə malikdir. O hazırda Böyük Britaniyada diplomatik fəaliyyətdədir. Böyük Britaniya isə bəzi dövlətlər kimi Ukrayna üçün vacib geosiyasi mərkəzdir. Hesab edirəm ki, Zalujnı burada da vaxt itirmir, müəyyən hazırlıqlar keçir. Ukraynada müharibə dayandırılandan sonra orada seçkilər keçiriləcək. Bu seçkilərin nəticəsi olaraq Zalujnı qalib gələ bilər".
Həmsöhbətimiz hesab edir ki, Putinin bundan xəbəri var və ona görə də belə danışır:
"Həm də Putin bununla Zalujnıya tərəf reverans edərək, onu güclü bir şəxs kimi qiymətləndirir. Çünki Zalujnı rus ordusuna qarşı uğurlu vuruşub. Putin bununla Zalujnını qəbul etdikləri mesajnı verir. Putin həmişə deyib ki, Zelenski ilə danışıq aparmayacaq. Ona görə də gələcək Rusiya-Ukrayna münasibətləri üçün yeni şərtlər, yeni komanda olmalıdır. Putin də demək istəyir ki, Zalujnı kimi şəxsi də qəbul edir və onunla iş qura bilərlər".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqinin silahlı qüvvələrin sabiq baş komandanı Valeri Zalujnının reytinqindən iki dəfə az olduğunu bəyan edib. Putinin fikrincə, hərbi vəziyyət aradan qaldırılan kimi Zelenski seçkiyə getməli olacaq. Putinin iddiasına görə, həmin sekilərdə Zelenskinin qalib gəlmək şansı sıfra bərabərdir.
Rüfət Sultan
Şərhlər