Xəbər lenti

Kremldən Lukaşenkoya vaz keçə bilməyəcəyi təkilf... - Rus politoloqun şərhi
Dünya15:02 19.08.2020

Kremldən Lukaşenkoya vaz keçə bilməyəcəyi təkilf... - Rus politoloqun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyasi Konyunktur Mərkəzinin politoloqu, ekspert Oleq İqnatov ölkədə baş verənlərə həsr olunmuş "Belarus Böhranı: On Tezis" adlı geniş şərh hazırlayıb. 
Qaynarinfo xəbər verir ki, təhlil materialında Belarusdakı mövcud vəziyyəti aradan qaldırmaq üçün risklər, çətinliklər və variantlar nəzərdən keçirilib.
İqnatov əmindir ki, cəmiyyətin inkişafını nəzərə alaraq Lukaşenko rejimi ölkədə anaxronizm kimi görünür. Etiraz aksiyalarına təkan verən Lukaşenkonun pandemiyaya reaksiyası - onun rədd edilməsi, sonra isə seçkilərin nəticələrinin saxtalaşdırılması olub. Eyni zamanda, Belarusda Kremlin etibar edəcəyi öz namizədləri olmayıb. Rusiya, əslində, yalnız Lukaşenko xəttini qəbul etdiyi üçün başqa alternativ variantlar haqda düşünməyib.
Politoloq hesab edir ki, respublikada Ukraynadan fərqli bir "Venesuela" destabilizasiya ssenarisi mümkündür. Bu, Lukaşenkonun idarəetmə rıçaqlarının itirilməsində və bir neçə qərar qəbuletmə mərkəzinin yaranmasında özünü büruzə verəcəkdir. Bu, Rusiyanın demək olar ki, baş verənlərə qarışmadan mövqelərini tez itirməsinə səbəb olacaq. Lakin ölkənin işlərinə həddən artıq aktiv müdaxilə belarusların çoxunu Moskvaya qarşı çevirə bilər.
Eyni zamanda Çin və ya AB deyil, Rusiya Lukaşenkoya təsir edə biləcək yeganə gücdür. Bu da onun getməsi üçün vacibdir. "Rusiya rəhbərliyinin Lukaşenkoya vaz keçə bilməyəcəyi bu təklif vermək üçün hər cür imkanı var", - İqnatov deyib. Rusiya hakimiyyətin dinc yolla ötürülməsinin və yeni ədalətli seçkilərin qarantı ola bilər və bununla da ölkədə öz mövqeyini qoruya bilər.
"Belə bir addım Rusiyanı müşahidəçi rolundan aktiv oyunçu roluna keçirəcək, Putinə Belarus cəmiyyətinin rəğbətini qazanmağa imkan verəcək, Belarusda Rusiya meyilli ovqatı gücləndirmək və yeni Belarus hökumətinin şəxsi tərkibinə təsir göstərmək üçün güclü bir zəmin yaradacaq", - ekspert deyir. O, həmçinin hesab edir ki, Kreml Lukaşenkonun tez getməsindən bəhrələnəcək, çünki böhranın uzanması əhəmiyyətli bir sosial bazaya sahib olan müxalifətin güclənməsinə və radikallaşmasına səbəb olacaqdır.
Alpər