Xəbər lenti

Kremldən Nemtsovun qətliylə bağlı ABŞ-ın ağır ittihamlarına reaksiya
Dünya11:05 29.07.2020

Kremldən Nemtsovun qətliylə bağlı ABŞ-ın ağır ittihamlarına reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xüsusi xidmət orqanlarımızın, məhkəmə orqanlarımızın əlində olmayan hər hansı bir məlumatın onda olması ehtimalı azdır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hakimiyyətinin müxalif siyasətçi Boris Nemtsovun qətliylə bağlı məlumatları gizlətməsiylə bağlı ABŞ senatoru Rocer Vikerin səsləndirdiyi ittihamları cavablandırarkən deyib. 
Peskov Vikerin Nemtsovun öldürülməsi ilə bağlı hadisə haqda məlumatlı olduğuna belə inanmadığını bildirib. 
Ayrıca, Kremlin sözçüsü hesab edir ki, senatorun dedikləri seçkilərdən əvvəl yerli Amerika ictimaiyyətinə hesablanıb və hakimiyyətin əyləncəsi üçün rusofobik bəyanatdan başqa bir şey deyildir.
Xatırladaq ki, Nemtsov 27 fevral 2015-ci ildə Moskvanın mərkəzindəki Bolşoy Moskvoreçski körpüsündə öldürülüb. Cinayət işində təqsirləndirilən şəxslər 11 ildən 20 ilədək həqiqi həbs cəzaları alıblar. Lakin qətlin sifarişçisi olan şəxsin adı heç vaxt çəkilməyib.
Alpər