
Kreml Qafqaz millətindən olan "canlı bomba"ların şəxsiyyətini təyin etmək üçün maraqlı üsula əl atıb.
Qaynar.info xəbər verir ki, rusiyalı rəsmilərin Şimali Qafqazda yaşayan mühafizəkar müsəlman qadınlardan gələcəkdə terror aksiyası həyata keçirəcəkləri təqdirdə şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün tüpürcək analizi toplamağa başladıqları bildirilib.
Fevral ayında Soçidə keçiriləcək Qış Olimpiadası ərəfəsində Moskvanın "qara dullar" adı ilə tanınan qadınlara qarşı belə bir addım atdığı irəli sürülür.
Sonuncu dəfə dağıstanlı bir qadının Volqoqradda mindiyi avtobusda üzərindəki bombanı partladaraq 6 nəfərin ölümünə səbəb olmuşdu. Prezident Vladimir Putin də Olimpiada zamanı hər hansı arzuolunmaz hadisənin baş verməməsi üçün rəsmilərə sərt xəbərdarlıq etdiyi bildirilib.
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Dumada etdiyi çıxışında olimpiya oyunlarına qarşı təhlükəli kəşfiyyat məlumatları aldıqlarını və buna görə də radikal islamçı qruplaşmalara qarşı əməliyatlar apardıqlarını söyləyib.
Kolokoltsev, "Bu qəddar canavarlara qarşı mübarizə aparmağın başqa yolu yoxdur" deyib.
Qaynar.info