Xəbər lenti

Kremldən qonşu ölkələrdə baş verənlərə münasibət -analiz etmək lazımdır
Dünya12:25 18.07.2016

Kremldən qonşu ölkələrdə baş verənlərə münasibət -analiz etmək lazımdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Türkiyə, Ermənistan və Qazaxıstanda baş verən hadisələrə eyni cür yanaşmaq olmaz. Əgər bir ölkədə bu çoxlu insan ölümünə səbəb olan dövlət çevrilişi cəhdidirsə, o birilərdə kriminal haldır". 

"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov deyib. 

Kreml sözçüsü Rusiya sərhədlərində belə çaxnaşmaların baş verməsinin narahatçılığa səbəb olduğunu söyləyib: "Rusiya Federasiyası sərhədlərində təhlükəsizlik təmin olunub. Rusiyanın özü qonşularında sabitliyin olmasında maraqlıdır. Sözsüz ki, bu, vəziyyəti daha da diqqətlə izləməyə və analiz etməyə sövq edir. Ölkənin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Daxil olan məlumatlar nəzərə alınmaqla lazımi tədbirlər görülür".  

Peskov deyib ki, Rusiya qonşularını stabil və çiçəklənən dövlət kimi görmək istəyir. 

Qızılgül

Qaynarinfo.Az