Rusiyalıların sosial şəbəkələrdə Rusiyanın Ukrayna müharibəsi ilə bağlı tənqidi şərhlərinə baxmayaraq, Kreml vətəndaşların Vladimir Putini və onun hərəkətlərini dəstəklədiyinə inanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla "İnterfaks” məlumat
yayıb.
"İctimai rəy "xüsusi hərbi əməliyyat” çərçivəsində baş verənlərə o qədər həssas yanaşır ki, (ruslar Ukraynadakı müharibəni belə adlandırırlar – red.), ictimai rəyin buna çox, çox emosional reaksiya verməsi aydındır”.
Jurnalistlər tərəfindən Teleqram kanallarında gedən tənqidi yazılara münasibət bildirməsi xahiş olunan Peskov deyib ki, "xüsusi hərbi əməliyyat” ilə bağlı tənqidi bəyanatlar "son hadisələr fonunda mövcud qanunvericiliyə görə icazəlidir, lakin bu məsələdə sərhəd çox çox həssasdır”.
Eyni zamanda, Peskov iddia edir ki, "ruslar prezidenti dəstəkləyir, bunu xalqın əhval-ruhiyyəsi, onların hərəkətləri, seçkilərdə iştirakı və etdikləri seçim təsdiq edir”.
Alpər