OPEC+ ölkələri neftin qiyməti vəziyyətində "eyni qayıqdadırlar". Bununla belə, onlar duruma fərqli şəkildə hazırlaşmışdılar.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov neft bazarında Rusiya Federasiyasına qarşı həyata keçirildiyi iddia edilən qiymət müharibəsi barədə xəbərlərə münasibət bildirərkən deyib.
Peskov həmçinin Ər-Riyadın xüsusən də Rusiya Federasiyasına qarşı hər hansı bir qiymət müharibəsi aparıldığına dair xəbərləri təkzib etdiyini xatırladıb. Dövlət başçısının sözçüsünün sözlərinə görə, neft və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ümumi bir tendensiyadır:
"Bu vəziyyətdə hamımız bir qayıqdayıq. O başqa məsələdir ki, hansı ölkə qiymətlərin bu qədər aşağı düşməsinə nə qədər hazır olub”.
Bundan əlavə, Peskov Moskvanın bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp ilə heç bir əlaqə yaratmadığını bildirib.
Cümə axşamı günü ABŞ mediası Trampın neft bazarındakı vəziyyətlə əlaqədar Rusiya rəsmi şəxsləri ilə əlaqə saxlayıb. Vaşinqton da bu məlumatı təsdiqləməyib.
Martın 6-da OPEC+ üzvü olan ölkələr hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməyib. Nəticədə, razılaşma pozulub və neft bazarları martın 9-da qismən çökməyə başlayıb. Tramp baş verən hadisədə Moskva və Ər-Riyadı günahlandırıb.