Xəbər lenti

Kremlə kapitulyasiya təklif edldi, 6 ölkə qarant kimi çıxış edir - Putin buna gedəcəkmi?
Dünya13:07 11.11.2022

Kremlə kapitulyasiya təklif edldi, 6 ölkə qarant kimi çıxış edir - Putin buna gedəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Rusiya prezidenti Vladimir Putinə "sülh təklifləri” gəlib. 
Qaynarinfo xəbər verir ki, bu barədə insayd məlumatları ilə məhşurlaşan anonim "General SVR” Teleqram kanalı (TK) ">yazıb. 
TK qeyd edir ki, Putin Ukraynada hərbi əməliyyatların dondurulması ilə bağlı razılıq əldə etmək və ya sülh sazişi bağlamaq imkanlarını tapmaq cəhdi ilə müxtəlif formatlarda etibarlı vasitəçilər vasitəsilə Rusiya rəhbərliyinin maraqlarını nəzərə alanan pərdəarxası danışıqlara başlayıb. Dünən alınan "sülh təklifi” vasitəçi ölkədən gəlib, bunun üçün istifadə olunan kanal və prosesdə iştirak edən şəxslər tərəflərin ciddi niyyətinə şübhə yaratmır. Üstəlik, Putinə təklifi bir kənara atmamaq, ona verilə biləcək şansdan istifadə etmək və təklifin əsas bəndlərinin konsepsiyasını dəyişmədən istəklərini "ətraflı” nəzərdən keçirmək tövsiyə olunub.
"General SVR” Teleqram kanalı təfərrüatlara varmadan, "sülh təklifinin” konturlarını təqdim edib:
- Rusiya qoşunlarını işğal etdiyi ərazilərdən çıxarır və Ukrayna Silahlı Qüvvələrinə dövlət sərhədinə çatmağa icazə verir; 
- Krımla bağlı müzakirələr 7 il müddətinə dondurulur;
- Rusiya Ukraynanın 7 il NATO-ya üzv olmayacağına dair zəmanət alır. 
- Krım tamamilə silahsızlaşdırılmış zonaya çevrilir (yalnız atıcı silahlar);
- Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanması Krımı tərk edir;
- Rusiya və Belarus Respublikasının Ukrayna ilə quru sərhədi demilitarizasiya zonası 100 km təşkil edir (Rusiyanın ağır silahları bu zonada yerləşdirilə bilməz).
- Qarşılıqlı hücum etməmə zəmanətlərinə altı ölkə təsdiq və nəzarət etməyə hazırlığını bildirib;
- Dnestryanı Moldovanın nəzarəti altına keçir.
Teleqram kanalı əlavə edir ki, bu gün və yaxın günlərdə Putin təklifi müzakirə edəcək. TK tərəflər arasında sülh yolu ilə Ukraynada münaqişəyə son qoyulmasının mümkünlüyünə ümid etdiyindən sülh təkliflərinin detallarını, prosesdə iştirak edən ölkələri və şəxsləri təqdim etmir.
Rusiyalı tarixçisi, siyasi analitik, publisist və ictimai xadim Valeri Solovey "General SVR” Teleqram kanalın yaydığı məlumatı təsdiq edib.
Onun sözlərinə görə bu sülh təklifləri barədə məlumatı etibarlılığına şübhə edilməyən bir neçə mənbədən alıb. Həmin təkliflər Kremlə dünən təqdim olunub və Ukrayna tərəfi ilə razılaşdırılıb. Onun fikrincə, Kremlə təqdim edilən bu təkliflər əslində Rusiya Federasiyasının kapitulyasiyası təklifidir. O, hesab edir ki, bu, təkcə Kremlin deyil, bütöv ölkənin kapitulyasiyası olacaq.
Solovey iddia edir ki, Rusiya rəhbərliyinin bu təkliflərə ilk reaksiyası müsbət olub.
"Rusiya isteblişmentin bu ultimatuma ilk reaksiyası müsbətdir. Sizcə nəyə görə? Bu faktiki olaraq ultimatumdur. Burada isteblişmentə, o cümlədən güc strukturlarına azadlıq və təhlükəsizlik zəmanətləri verilir. Zəmanət verilir ki, onlara və onların ailə üzvlərinə qarşı cinayət işləri açılmayacaq və onlar təqibə məruz qalmayacaqlar. Bundan artıq nə lazımdır ki?” - Solovey bildirib.
Onun fikrincə, Putinin özünün bu təkliflərə reaksiyası hələ də məlum deyil. 
"Onun (Putinin-red.) bir şeyə qərar verib-vermədiyini müəyyən edə biləcəyimiz bəzi əlamətlər var. Əgər Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumları bərpa olunarsa, bu o deməkdir ki, prezident bu şərtləri qəbul etmir. Bu birmənalı olaraq təkliflərdən imtina deməkdir, yəni cavab sözlə yox, əməllə verilir. Əksinə olaraq, zərbələr olmasa bu birbaşa razılıq kimi də qəbul etmək olmaz. Amma ən azı bu o deməkdir ki, bu barədə düşünülür”, - rusiyalı tarixçi bildirir.
O hesab edir ki, Rusiya rəhbərliyinin bu təkliflərinə razı olmasına baxmayaraq, Putin bundan imtina etsə, bu halda müharibə davam edəcək və böyük ehtimalla Rusiya bu müharibədə məğlub olacaq. Bu vəziyyətdən çıxmağın yeganə yolu nüvə silahından istifadə etmək olacaq. Amma Ali Baş komandanın bu əmri icra olunmaya bilər. Onun fikrincə, Putinin hansı strateji qərar verməsindən asılı olmayaraq, postunu tərk etmək məcburiyyətində qalacaq.
"Prezident Putin hansı strateji qərar verməsindən asılı olmayaraq o, getməli olacaq. Xalqın qəzəbinə, Z-patriotların reaksiyasına görə deyil... Putin ultimatumu qəbul etsə, simasını xilas etmək və məsuliyyəti başqa şəxsin üstünə atmaq üçün kölgəyə çəkilməlidir... Əgər o, müharibənin davam etməsi qərarına qəlsə, məğlubiyyətə görə "günah keçisi” olacaq”, - Solovey bu mövzuda fikrini yekunlaşdırır.
Nizami Bağırov