Xəbər lenti

Kremlin 9 may hazırlığı dünya nizamını dəyişə bilərmi? - Politoloq
Dünya13:00 06.05.2022

Kremlin 9 may hazırlığı dünya nizamını dəyişə bilərmi? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Baş naziri Denis Şmıqal brifinqdə bildirib ki, Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir. Qeyd edək ki, indiyə kimi, Rusiya Ukraynada başladığı müharibəni xüsusi əməliyyat kimi təqdim edib. 
Belə bir hal baş verərsə, müharibənin gedişində hansı dəyişikliyə səbəb ola bilər? Bütövlükdə Rusiya tərəfdən belə bir addım nə demək olardı? 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Cümşüd Nuriyev Moskvanın Ukraynaya müharibə elan etmək niyyətinə düşdüyünə inanmır:
"Çünki müharibənin elan edilməsi artıq onun beynəlxalq hüququn müstəvisinə düşməsi deməkdir. Hazırda isə Rusiya xüsusi əməliyyat adı ilə Ukrayna ərazisindədir. Məhz başqa dövlətin ərazisi olduğundan Rusiyanın buna gedəcəyi ağlabatan deyil. Amma bu baş versə, deməli onda Moskva həqiqətən ağlını itirib və həmin addımın atılması Rusiyanın siyasi iflası ilə nəticələnəcək”. 
Ukraynanın belə açıqlama verməkdə məqsədinə gəldikdə, politoloq düşünür ki, Kiyev bu informasiyanı sızdırmaqla Rusiyanın həyata keçirmək istədiyi bütün əməliyyatlarından xəbərdar olduqlarını göstərmək istəyib. Digər tərəfdən də bununla Kiyev Moskvanı öz aləmlərində təxribata çəkir:
"Ukrayna rəhbərliyində olanlar peşəkar siyasətlə məşğul olmayıblar. Onlar daha çox sosial şəbəkələrdə informasiya müharibəsi aparanlardan ibarətdir. Bu mənada Ukrayna baş nazirinin həmin açıqlaması təcrübəsizlikdən doğan məsələdir. Fikrimcə, uğursuz yanaşmadır. Moskvanın Ukraynanın yarısını dağıtdıqdan sonra yenidən müharibə elan etməsi nəyinə lazımdır? Bütün hallarda bu baş versə də həmsöhbətimizə görə, müharibənin gedişində hər hansı bir yeniliyə gətirib çıxarmayacaq.Qərb yenə də Ukraynaya dəstək verməkdə və sanksiyalarla Rusiyanı çəkindirməyə çalışmaqda davam edəcək”. 
Rüfət Sultan