"Bu, ilk növbədə o deməkdir ki, Rusiya hələ də eskalasiyanın səngiməsində maraqlı deyil və hərbi böhran vasitəsilə özünün geosiyasi maraqlarını təmin etmək istəyindədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Fransa Prezidenti Emmanuel Makronla Moskva görüşü bitər-bitməz Rusiyanın hərbi gəmilərinin Qara dənizdə manevrlərə başlamasının hansı mesaj olduğunu şərh edərkən deyib:
"Digər tərəfdən, bu addım Fransa Prezidenti Emmanuel Makronun Moskvaya səfəri çərçivəsində gətirdiyi mesajları Rusiya rəhbərliyinin ciddi qəbul etmədiyinin nümayişidir.
Qara dənizdə NATO hərbi gəmilərin olmasında müəyyən dərəcədə Türkyə də maraqlı deyil:
"Kremlin belə etməsi Qara dənizdə NATO, xüsusən də ABŞ-ın yerinin olmadığına bir növ işarədir. Bu məsələdə Türkyə də o qədər maraqlı deyil. Bildiyiniz kimi, Montro anlaşmasına görə, Qara dəniz sahili olmayan ölkələrin ağır tonajlı hərbi gəmiləri bu dənizə daxil ola bilməz. Bunu 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibədə də gördük. Belə ki, Türkiyə o zaman da ABŞ-ın ağır tonajlı hərbi gəmilərini Qara dənizə buraxmadı. Ona görə düşünürəm ki, Makronla görüşdən dərhal sonra Qara dənizdə rus hərbi gəmilərinin manevrlərə başlamasının növbəti mesajı da budur. Moskva bununla Qara dəniz akvatoriyasında NATO və ABŞ hərbi gəmilərini görmək istəmədiyini nümayiş etdirir”.
Rüfət Sultan