Xəbər lenti

Kremlin son ümidi: Avropa bu qış Ukraynanı sülhə sövq edəcək – Reuters
Dünya05:58 25.08.2022

Kremlin son ümidi: Avropa bu qış Ukraynanı sülhə sövq edəcək – Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada hesab edirlər ki, Avropadakı enerji böhranı və soyuq qış Avropa İttifaqı liderlərini Kremllə danışıqlara başlamaq üçün Ukraynaya təzyiq göstərməyə məcbur edəcək.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.
Rusiya prezidenti Vladimir Putin enerji qiymətlərinin artması və bunun nəticəsində yaranan qaz qıtlığının Avropanı Ukraynaya təsir etməyə inandıra biləcəyinə bel bağlayır. Gələcəkdə bu, Rusiyanın şərtləri ilə barışığa gətirib çıxarmalıdır.
"Avropalılar üçün çətin qış olacaq. Biz etirazlar, iğtişaşlar görə bilərik. Bəzi Avropa liderləri Ukraynanı dəstəkləməyə davam etmək barədə iki dəfə düşünməli olacaq və razılaşmanın vaxtının çatdığını fikirləşə bilərlər", - məqalədə deyilir.
Rusiya mənbələrinin məlumatına görə, Moskva "ərazi qazanclarını” bərkitmək və Ukraynanı hərbi neytrallığı saxlamağa məcbur etmək istədiyi üçün sülhə aparan yeganə yolu nəzərdən keçirir. Üstəlik, Kreml Avropa birliyinin "çatladığını” görməyə başlayır və təzyiq və qaz şantajı üçün daha əlverişli şərait gözləyir. ABŞ isə hələlik Ukraynaya dəstəyin zəiflədiyinin əlamətini görmür.
Nizami Bağırov