Xəbər lenti

Kremlin xüsusi eksperti tələb edir: "Avropaya nüvə bombası atılsın"
Dünya05:38 14.06.2023

Kremlin xüsusi eksperti tələb edir: "Avropaya nüvə bombası atılsın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın xarici siyasət üzrə ən nüfuzlu ekspertlərdən biri Sergey Karaqanov Aİ ölkələrinə qabaqlayıcı nüvə zərbəsi endirməyi təklif edib. 
Qaynarinfo xəbər verir ki, "Profil” jurnalı üçün yazdığı məqalədə o, nüvə təhdidləri və ya nüvə bombasından istifadə etməklə "Qərbin iradəsini qırmağa” çağırıb. 
Karaqanov Xarici və müdafiə siyasəti şurasının fəxri sədri, Valday klubunun yaradıcılarından biridir. O, həmçinin SƏTƏM Milli universitetinin Dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin elmi rəhbəri vəzifəsini tutur.
70 yaşlı professor məqaləsində izah edir ki, Ukraynadakı müharibənin istənilən nəticəsi "Qərbin Kiyev xuntasını təxribat etmək və dəstəkləmək iradəsini qırmasa” Rusiyanı qane etməyəcək. "Açıq desək, Qərb sadəcə olaraq "geri çəkilməli”, Rusiya və sülhün irəliləməsinə mane olmamalıdır”, - Karaqanov yazır.
Onun təklif etdiyi əsas həll yolu Qərb ölkələrində itirilmiş özünüqoruma hissini bərpa etmək üçün nüvə ritorikasını gücləndirməkdir. Onun sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb - prezident Vladimir Putinin və Rusiya Federasiyasının digər rəhbərlərinin xəbərdarlıqları səsləndirilib, Belarusda Rusiya nüvə raketləri və daşıyıcılarının yerləşdirilməsinə başlanılıb.
Lakin məsələ bununla məhdudlaşmamalıdır, professor yazır. Rusiyanın nüvə ritorikası o yerə çata bilər ki, "vətəndaşları və bütün xoşməramlı insanları nüvə zərbələrinin hədəfinə çevrilə biləcək obyektlərin yaxınlığında yaşayış yerlərini tərk etmək zərurəti ilə bağlı xəbərdarlıq etmək lazım gələcək”, - Karaqanov qeyd edir. Əgər bu hədə də nəticə verməsə, o, nüvə bombasından istifadə etməyi təklif edir.
"Bəs geri çəkilməsələr? Özünüqoruma hissini tamamilə itiriblərsə? Onda ağlını itirənləri özünə gətirmək üçün bir sıra ölkələrdə bir qrup hədəfi vurmalı olacağıq. Bu, əxlaqi cəhətdən dəhşətli seçimdir - biz özümüzü ağır mənəvi itkilərə məhkum edərək, Allahın silahlarından istifadə edirik. Amma bu edilməsə, nəinki Rusiya məhv ola bilər, çox güman ki, bütün bəşər sivilizasiyası sona çatacaq”, - politoloq yazır.
Eyni zamanda, o, əmindir ki, cavab zərbəsi riski "qorxutma və tətbiqetmə strategiyası düzgün qurularsa” minimuma endirilə bilər. O, ABŞ-ın öz ərazisini hücuma məruz qoymaq riski ilə müttəfiqləri naminə Rusiyaya cavab nüvə zərbəsi endirəcəyinə inanmır. "Yalnız Ağ Evdə öz ölkəsinə nifrət edən bir dəli otursa, Amerika şərti Poznan naminə şərti Bostonu qurban verərək avropalıları "qorumaq" üçün cavab zərbəsi vurmağa qərar verəcək", - Karaqanov iddia edir.
Professor xəbərdarlıq edir ki, nüvə silahından istifadə qərarı Rusiyanın "dostları” və simpatizanları tərəfindən dəstəklənməyəcək. "Ancaq sonda qaliblər mühakimə olunmur. Xilaskarlara isə təşəkkür düşür”, - deyə o, yekunlaşdırıb.
Nizami Bağırov