Xəbər lenti

Körfəz böhranında irəliləyiş
Dünya13:22 10.08.2017

Körfəz böhranında irəliləyiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Mülki Aviasiya Təşkilatı Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin hava yollarının bir qismini Qətər Hava Yolları şirkəti üçün açmağı qəbul etdiklərini deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, mərkəzi Kanadanın Montreal şəhərində yerləşən təşkilatın sözçüsü Antoni Filip açıqlama verərək Bəhreyn və BƏƏ-nin bəzi hava koridorlarını Qətər şirkəti üçün açdıqlarını və Çikaqo razılaşmasına əməl etməyi qəbul etdiklərini deyib. 

Qeyd edək ki, BƏƏ, Bəhreyn, Misir və Səudiyyə Ərəbistanı 5 iyundan bəri Qətəri terrorizmdə ittiham edir və ciddi sanksiyalar tətbiq edir.

Gülşən

Qaynarinfo.Az