
Körfəz - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətərlə bağlı açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkələr Qətərin terrorizmlə mübarizəyə hazır olduğu halda xoş niyyət göstərəcəklərini və dialoqa hazır olacaqlarını açıqlayıb. Bu ölkələrin xarici işlər nazirləri bu gün Bəhreyndə bir araya gələcək və bu məsələni müzakirə edəcəklər.
Qeyd edək ki, iyunun 5-dən bəri davam edən körfəz böhranında Qətər terrorizmə dəstək verməkdə ittiham edilir və ciddi sanksiyalara məruz qalır.
Son dövrlərdə isə ərəb ölkələri əvvəlki mövqelərini bir qədər yumşaldaraq Qətərlə dialoq şərtlərin ciddi güzəştlərə gediblər. ABŞ da böhranın tezliklə sona çatmasından yana olduğunu açıqlayıb.
Gülşən
Qaynarinfo.Az