
Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərdən körfəz ölkələrinin tələblərini yerinə yetirməyi istəyib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Bəhreyn kralı Həməd İbin İsa və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbin Salman görüşüb və bu barədə açıqlama veriblər.
Qeyd edək ki, körfəz ölkələri Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin nümayəndələri sonuncu dəfə Manamada görüşmüş, Qətəri terrorizmə qarşı mübarizəyə və 13 maddəlik tələbi yerinə yetirməyə səsləmişdi.
5 iyundan bəri davam edən böhranda Qətər terrorizmə dəstək verməkdə ittiham edilir. Lakin son dövrlər körfəz ölkələri mövqelərində güzəştə getməyə və dialoqa cəhd etməyə başlayıblar. Qətər isə bütün iddiaları və tələbləri yerinə yetirməyi rədd edir.
Gülşən
Qaynarinfo.Az