Xəbər lenti

Krım ayrıldı
Dünya09:42 17.03.2014

Krım ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Krımda referendum martın 16-da keçirilib.

Krım parlamenti yarımadanın müstəqil dövlət olduğunu bəyan edib.

Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, Krım parlamenti deputatlarının martın 17-də keçirilən növbədənkənar sessiyasında qəbul edilən sənəddə qeyd olunur ki, bu gündən Ukrayna qanunları yarımadanın ərazisində qüvvədən düşür, Ukraynanın dövlət orqanları fəaliyyətini dayandırır, Ukraynanın dövlət mülkiyyəti isə Krımın sərəncamına keçir.

Müstəqilliyin elan olunması deputatların Rusiya ilə birləşmək haqqında referendumdan bir az əvvəl qəbul etdikləri bəyannamədə də nəzərdə tutulurdu. Sənədə əsasən, yeni statusun elan edilməsindən sonra Krım Rusiyaya qoşulmaq üçün bu ölkəyə müraciət edəcək.

Xatırladaq ki, Krımda referendum martın 16-da keçirilib. Rəsmi məlumatlara görə, səsverməyə qatılanların 96%-i Rusiyaya birləşməyin lehinə səs veriblər.

Ukrayna hökuməti bu səsverməni qanunsuz hesab edir.

Qaynar.info