Krım körpüsündə partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Baza” "Telegram" kanalı məlumat yayıb.
Hadisə nəticəsində azı iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Krımının qondarma "rəhbəri” Sergey Aksenov "Telegram"da bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", deyə o bildirib.