Dünya 10:14 12.10.2022

Krım körpüsünə görə 9 nəfər saxlanıldı: Aralarında Ermənistan vətəndaşı da var

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Məlumatda partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin bunu "terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.