Dünya 15:31 15.04.2023

Krım "parlamentinin rəhbəri" Tramp və Maskı yarımadaya səfərə dəvət etdi

Krım "parlamentinin rəhbəri” Vladimir Konstantinov ABŞ-ın keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Maskı yarımadaya dəvət edib. O, biznesmenin "hər şeyi yerində görə biləcəyini" söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

"Əminəm ki, Tramp bizə gəlmək istəsə, onunla görüşəcəyik. O, bizə bir cür gələcək, amma digər insan kimi tərk edəcək. Və bir çox məsələlər onun səfərindən sonra başqa cür həll olunacaq”, deyə Konstantinov bildirib.

Xatırladaq ki, 2022-ci ilin payızında İlon Mask Krımın Rusiyanın regionu kimi tanınması, Ukraynanın neytral statusu və Donbassda, eləcə də Xerson və Zaporojye vilayətlərində BMT-nin himayəsi altında təkrar referendumların keçirilməsi ilə bağlı bəndləri özündə əks etdirən sülh planı təklif edib. Biznesmen ABŞ-ın Krıma zərbələri dəstəkləməyə hazır olmasını "amansız eskalasiya” adlandırıb.

Nizami Bağırov