Xəbər lenti

Krım tatarları Rusiya bayraqlarını yandırdılar
Dünya15:53 26.02.2014

Krım tatarları Rusiya bayraqlarını yandırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Simferopolda Krım-Tatar Məclisinin fəalları Rusiyayönlü təşkilatların əllərindəki bayraqları yandırıblar. 

Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu bayraqlar bugünkü qarşıdurma zamanı ruslardan alınıb. 

Qarşıdurma zamanı tatar fəalları həmçinin, rus millətçilərini muxtar respublikanın Ali Sovetinin həyətindən vurub çıxarıblar. Krım parlamentinin sessiyası isə kvorum olmaması üzündən baş tutmayıb. 

Krım-Tatar Məclisinin sədri Rüfət Çubarov Krımın bütün millətlərinə müraciət edərək onları birləşməyə, təxribatları önləməyə, məscidləri, sinaqoqları, digər mühüm obyektləri birgə qorumağa çağırıb.

Qaynar.info