Xəbər lenti

“Krım Ukrayna üçün həmişəlik itirilib” - Kuçma
Dünya11:02 28.05.2014

“Krım Ukrayna üçün həmişəlik itirilib” - Kuçma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiyanın tərkibinə daxil olan Krımı qaytarmağın mümkün olmayacağını bildirib. 

Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, Kuçma deyib: “Krımı artıq itirmişik, mən hesab edirəm ki, onun qaytarılması real deyil, axı Rusiya bundan ötrü hər şeyə getdi. Onun üçün geriyə yol yoxdur. Rusiya Krımı artıq heç vaxt verməyəcək”.

Donbasda faktiki olaraq müharibə getdiyini söyləyən sabiq prezident daha sonra əlavə edib ki, hazırkı Ukrayna hakimiyyəti əsas diqqətini Donetsk və Luqansk vilayətlərini ölkənin tərkibində saxlamağa yönəltməlidir.

Musavat.com