Xəbər lenti

Krım və Mariupolda Rus hərbi texnikasının böyük karvanı – onlar hara gedir? (VİDEO)
Dünya11:05 02.09.2022

Krım və Mariupolda Rus hərbi texnikasının böyük karvanı – onlar hara gedir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müvəqqəti olaraq işğal altında olan Krımda Tavrida şossesində Rusiyaya məxsus böyük hərbi texnika karvanı görünüb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən Krym.Realii Telegram kanalı məlumat yayıb.
Məlumatda karvanın Kerç körpüsündən Ukraynanın materik hissəsinə doğru hərəkət etdiyi bildirilir.
"Rusiyaya məxsus hərbi yük maşınlarının koloniyası magistralın Lenin rayonunun Fontan kəndi ilə Lenino kəndinə döngə arasında olan hissəsində müşahidə edilib”, - məlumatda deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, əsasən URAL markalı yük maşınlarını Rusiya dövlət yol polisinin sayrışan işıqları olan avtomobilləri müşayiət edib.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, avqustun 22-də Ukrayna Silahlı Qüvvələri Xersondakı Antonovski körpüsündə Rusiya hərbi karvanına zərbələr endirib, şahidlər güclü partlayış səsləri eşidiblər.
Mariupolda da rus texnikasının yeni karvanını görünüb. 
Rusiya hərbçiləri öz texnikalarını Mariupoldan harasa aparır. Hərbi texnika kolonları Berdyansk istiqamətində hərəkət edir.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Telegram kanalında məlumat verib.
"Biz maşınların hərəkətini müşahidə edirik. Bu gün səhər saat 7:30-də 10 tank Donetsk istiqamətindən Mariupolun mərkəzindən Berdyansk istiqamətində hərəkət edib", - məlumatda deyilir.
Andryuşenkonun sözlərinə görə, son günlər Donetsk istiqamətindən Mariupol və Mariupol vilayətindən keçərək Berdyanska doğru hərbi texnikanın hərəkətində artım müşahidə olunur.
Alpər