Dünya 10:21 29.07.2023

Krımda ev sahibi polisi dəyənəklə döyərək öldürdü

Krımda bir polis öldürülüb. Rusiya İstintaq Komitəsinin bölgə üzrə istintaq orqanlarının məlumatına görə, o, dəyənəklə döyülərək öldürülüb.

Qaynarinfo xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, Daxili İşlər Nazirliyinin Krım Respublikası üzrə rayon komissarı məzuniyyətdə olarkən dostlarının yanına gedib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, orada o, ev sahibi ilə məişət zəminində münaqişə edib. Sonuncu rayon polis zabitinin başına dəyənəklə bir neçə zərbə endirib.

Eyni zamanda şahidlər tərəfindən hadisə yerinə polis çağırılsa da, onlar hadisələrin faciəvi nəticəsinin qarşısını ala bilməyiblər. İstintaq çərçivəsində onların əməllərinə qiymət veriləcək.

Zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.

Respublika Prokurorluğu istintaqı nəzarətə götürüb.

Alpər