Dünya 11:28 10.08.2022

Krımda partlayış: Ukraynadan ruslara “Moskva” kreyseriylə bağlı sarkazm (VİDEO)

Ukrayna Müdafiə Nazirliyi müvəqqəti olaraq işğal altında olan Krımın Saki aerodromunda baş verən partlayış və yanğını şərh edərək rusların yalan danışdığını üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, Müdafiə Nazirliyinin mövqeyi Facebook-da paylaşılıb.

"Ukrayna Müdafiə Nazirliyi yanğının səbəbini müəyyən edə bilmir, lakin bir daha yanğın təhlükəsizliyi qaydalarını və naməlum yerlərdə siqaret çəkməyin qadağan edildiyini xatırladır. Yanğın faktından terrorçu ölkə informasiya müharibəsində istifadə edə bilər. İstisna etmirik ki, işğalçılar "təsadüfən” hansısa xarakterik "şevron”, "vizit kartı” və ya hətta hansısa "DNT” tapacaqlar”, - mesajda deyilir.

Xatırladaq ki, Krımın Novofedorovka şəhərində hərbi aerodrom yaxınlığında güclü partlayışlar baş verib və bu partlayışlardan fevralın 24-də səhər tezdən Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə zamanı işğalçı təyyarələr Nikolayev, Xerson və Zaporojyeni bombalamaq üçün uçub. 

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin keçmiş müşaviri Viktor Andrusiv eyham vurub ki, avqustun 9-da Krımda güclü partlayışlar Ukrayna tərəfinin atəşə tutması nəticəsində baş verib.

Rusiya Müdafiə Nazirliyi partlayışların sursatların partlaması nəticəsində baş verdiyini iddia edib.

Rusiya aviasiyasının sözügedən bu əsas aerodromu 2014-cü ilə qədər Ukrayna Hərbi Dəniz Qüvvələrinin bazası olub. İndi Rusiya PPS-nin 43-cü Qırıcı Aviasiya alayı orada yerləşir, alay əsasən Su-30SM, Su-33 qırıcıları və Su-24M bombardmançılarından ibarətdir. Buradan Rusiya ordusu Ukrayna şəhərlərinə havadan reydlər və bombardmanlar həyata keçirir.

Bundan əlavə, jurnalistlər "Planet Labs” xidmətinin avqustun 9-da Kiyev vaxtı ilə saat 11:10-da, yəni partlayışlardan təxminən 4 saat əvvəl görüntülərini dərc ediblər. Onlar burada yerləşən anbarları və çoxsaylı hərbi aviasiyanı göstərirlər.

Alpər