Xəbər lenti

Krımda Rusiya donanması vuruldu, yaralılar var
Dünya11:27 31.07.2022

Krımda Rusiya donanması vuruldu, yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar günü Sevastopol limanında Rusiya donanmasına pilotsuz təyyarənin hücumu nəticəsində 6 rus əsgəri yaralanıb.
Qaynarınfo bu baədə "Reuters"ə istinadən xəbər verir.
Bu barədə məlumat verən Rusiyanın ihlaq etdiyi Krımda yerləşən Sevastopol şəhərinin meri Mixail Razvojayev hücumun "Rusiya Donanmasının Milli Günü”ndə həyata keçirildiyini bildirib və bu səbəbdən təhlükəsizlik tədbirlərinə görə bütün bayram tədbirlərinin ləğv olunduğunu deyib.
Həmçinim Sevastopol meri şəhər sakinlərindən "mümkün qədər evdə qalmağı”xahiş edib.
Bu arada Ukraynanın Odessa sahil hərbi bölgəsinin sözçüsü Sergey Bratçuk Rusiya donanmasına pilotsuz təyyarə ilə hücumun Ukrayna qüvvələri tərəfindən edilmədiyini bildirib və bunu "təxribat" adlandırıb.
"Krımın işğalçılardan azad edilməsi fərqli və daha çox effektiv şəkildə həyata keçiriləcək”, deyə Sergey Bratçuk "Telegram"da yazıb.
Qeyd edək ki, Sevastopol limanı Ukraynadan təqribən 170 kilometr cənubda yerləşir və Rusiya qüvvələri onun Qara dəniz boyu bir çox əsas ərazilərinə nəzarəti ələ keçirib.
M.Arif