FSB Krımın "başçısı” Sergey Aksyonova qarşı sui-qəsdin qarşısının alındığını bildirib. FSB-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən işə götürülən Rusiya vətəndaşı həbs edilib.
Qaynarinfo bu barədə "Kommersant”a istinadla xəbər
verir.
Rusiya xüsusi xidmət orqanlarının məlumatına görə, o, Sergey Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb. Ona RF CM-in 1-ci hissəsinin maddələri ilə iş açılıb.
Saxlanılan şəxsin 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı olduğu məlum olub. FSB qeyd edir ki, o, Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti kursunu bitirib.
"2023-cü ilin iyununda xarici kəşfiyyat xidmətinin agenti Krım Respublikası ərazisinə gələrək, respublika başçısının avtomobilini partlatmaqla həyata keçirməyi planlaşdırdığı terror aktı törətməyə hazırlaşmağa başlayıb. Bununla belə, partlayıcı qurğu anbardan çıxarılarkən saxlanıldığı üçün o, cinayət niyyətini sona çatdırmağa vaxt tapmayıb", - FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib. Həmin şəxs həbs edilib.
Saxlanılan şəxs yayımlanan videoda 2022-ci ilin dekabrında Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü bildirib. Onun sözlərinə görə, şəhərdə işə düzəlib və əlavə göstəriş gözləyirmiş. O, maşını minalayıb Krımın rəhbəri Sergey Aksyonovun kortejinin yoluna qoymalıymış.
Alpər