Ukrayna qüvvələri Krımın Qara dənizdə neft-qaz şirkətinə məxsus qazma platformalarına hücum edib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri yarımadanın rusiyapərəst rəhbəri
deyib.
Krımın rəhbəri Sergey Askyonov Telegram-da bildirib ki, üç nəfər yaralanıb, "Çernomornefteqaz” enerji şirkətinin yeddi əməkdaşı hazırda axtarışdadır.
Krım rəsmiləri bildiriblər ki, atışmalardan sonra üç qazma platformasında işlər dayandırılıb və yanğınlar qeydə alınıb.
Rusiya rəsmiləri Ukrayna ordusunun Ukraynanın cənubda əks-hücumla Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünu vuracağından narahatdırlar.
Nurlan Hüseynov