
Adam Pusiyaya ekstradisiyasını gözləmədi
AzNews.az rus mətbuatına istinad edərək bildirir ki, Lukyanov təcridxanasında (SİZO) rus kriminal avtoritet Kolya Bes(Kravçenko) yatdığı kamerada özünü asıb.
Avtoritet Rusiyaya ekstradisiyasına bir - neçə gün qalmış intihar edib.
11 noyabr 2013 - cü ildə Kiyev oblast prokurorluğundan bəyan edilib ki, Ukraynada saxlanılan, kriminal aləmdə Kolya Bes adı ilə tanınan kriminal avtoritet Nikolay Kravçenko rus xüsusi xidmət orqanlarına təhvil verilə bilər.
İnterpol agentləri Kolya Besi bütün dünyada axtarıblar. 2013 - cü ilin aprelində o Ukraynada tutulub.
Kolya Bes 1996 - cı ildə rəqabət zəminində öldürülməsi planlaşdırılan biznesmen Oleq Juravlyovun ölümünün təşkilində şübhəli bilinir.
Başqa bir versiyaya görə o həm də 2007 - ci ildə "Nevskiy ekspress" qatarının partladılmasının iştirakçısıdır.
Qaynar.info