Xəbər lenti

Krımla bağlı razılıq əldə edilmədi
Dünya18:23 14.03.2014

Krımla bağlı razılıq əldə edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Londonda ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüş başa çatıb.

Qaynar.info-nun anspress-ə istinadən verdiyi xəbərə görə, 5 saat davam edən görüşdə Ukrayna məsələsi ilə bağlı razılıq əldə olunmayıb. Sergey Lavrov bəyan edib ki, Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı fikir ayrılığı qalmaqdadır

Krımda keçiriləcək referenduma gəlincə, Sergey Lavrov Rusiyanın Krım xalqının seçiminə hörmətlə yanaşacağını bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Moskva Ukrayna məsələsinin həlli ilə bağlı qərb ölkələrinə təkliflərini göndərib.  

Lavrov Ukraynada konstitusiya islahatının keçirilməsinin, Kiyevin Moskva ilə birbaşa danışıqlar aparmasının vacibliyini də qeyd edib. Nazirin sözlərinə görə, danışıqlar zamanı Kerri Rusiyanı sanksiyalarla hədələməyib.  

Qaynar.info