Rusiya Çonqar yaxınlığında Xerson vilayəti ilə Krım arasında inzibati sərhəddə yerləşən körpünün atəşə tutulduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə işğal olunmuş Xerson vilayətinin kollaborant və gauleyteri Vladimir Saldo, Rusiya tərəfindən işğal olunmuş Krımın "başçısı” Sergey Aksenov, Rusiyanın "Telegram" kanalı "Baza", "Telegram"da Aksenovun müşaviri Oleq Kryuçkov məlumat yayıb.
Saldo bildirib ki, "ilkin qiymətləndirməyə görə, Britaniyanın "Storm Shadow” raketlərindən istifadə edilib. Bundan əlavə, Saldo Çonqar körpüsünün fotosunu dərc edib.
"Baza" kanalı qeyd edib ki, Krım və Xerson vilayətinin sərhəddindəki bir neçə körpü (o cümlədən Çonqar körpüsü) guya Ukraynadan atəşə tutulması nəticəsində zədələnib.
Daha sonra Saldo zədələnmiş körpüdən bir video yayıb, o, iddia edib ki, körpüdəki zədə "xüsusi əməliyyat”ın gedişinə heç bir təsir göstərməyəcək" və "Krıma başqa quru yollar da var, hərçənd bu yol daha uzun olsa da, var".
O, həmçinin əlavə edib ki, artıq guya "körpü keçidlərinin zədələnməsinin aradan qaldırılması üçün tədbirlər görürlər”.
Aksenovun müşaviri Oleq Kryuçkov əlavə edib ki, Çonqar körpüsünün zədələnməsi səbəbindən nəqliyyatın hərəkəti Armyansk və Perekop keçid məntəqələrinə yönləndirilib.
Xüsusilə, əvvəllər Çonqar keçid məntəqəsindən keçən müntəzəm avtobuslar Armyanskdan keçəcək. Və mütəşəkkil yük maşınları karvanları Perekop keçid məntəqəsinə göndərilib.
Alpər