Xəbər lenti

Krımoğlu Krıma buraxılmır
Dünya17:44 22.03.2014

Krımoğlu Krıma buraxılmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali Radanın deputatı, Krım-Tatar Məclisinin keçmiş rəhbəri Mustafa Cəmilov Krıma buraxılmır.

Bu barədə o, özü martın 22-də Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Mustafa Cəmilov Rusiya hərbçilərinin onu vətəninə, Krıma buraxmadıqlarını bildirib.

Krım-Tatar Məclisinin indiki rəhbəri Refat Çubarov da maraqlı açıqlamaları ilə yadda qalıb. O, Krıma Çeçen dəstələrinin gətirilməsi barədə məlumatları təsdiqləyib.

Çubarov müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Çeçenistan prezidenti Ramzan Kadırovu Krıma məxfi kurator qoymasını də istisna etməyib. 

Çubarov deyib ki, Rusiya Krım tatarlarının etirazlarının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edir. (ANS)