Xəbər lenti

Kriştianu Ronaldu 2 evini satır - Qiyməti də bəllidir
İdman12:36 30.03.2016

Kriştianu Ronaldu 2 evini satır - Qiyməti də bəllidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yayda Madridin "Real" klubundan ayrılacağı gözlənilən portuqaliyalı hücumçu Kriştianu Ronaldu birdən-birə İspaniyadakı 2 evini satışa çıxarıb.

Qaynar.info xəbər verir ki, bu evlərdən birində özü, digərində anası yaşayırmış.

Ronaldu özünün qaldığı evi 2010-cu ildə 4,9 milyon avroya alıb, indi isə o bu daşınmaz əmlakını 5 milyona satır. Bu evdə 7 yataq otağı, 9 hamam, 8 tualet, lift, hovuz, kinoteatr və idman zalı var. Həmin bu Madridin La Finka bölgəsində yerləşir. Bu ərazidə "Real" və "Atletiko"nun bəzi futbolçuları da qalır.

Qeyd edək ki, Kriştianu Ronaldunun anasının yaşadığı evin qiyməti isə 2,5 milyon avrodur.

Qaynar.info