Xəbər lenti

Körpələri əsgərliyə çağırdılar
Dünya07:21 26.03.2013

Körpələri əsgərliyə çağırdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya ordusu gəncləri əsgərliyə təşviq etmək üçün hazırladığı broşurları səhvən dünyaya yeni gəlmiş körpələrə göndərib.

Ordu rəhbərliyi əhali idarəsinin səhv məlumat verməsi nəticəsində minə yaxın broşurun uşaqlara göndərildiyini təsdiqləyib.

Ordudakı bir çox peşə sahəsinin tanıdıldığı broşurlar daha əvvəl də 17 yaşından kiçik uşaqlara göndərilib.

Almaniyada 2011-ci ilin iyulunda məcburi hərbi xidmət ləğv edilib. Bu səbəbdən də Alman ordusu gəncləri hərbi xidmətə təşviq etmək üçün milyonlarla avro xərcləyir.

Qaynar.info